“Sınıq işıqların küçələri” serialının ulduzu Andrey Bozhanov silahla banka hücum edib.
Lent.az xəbər verir ki, bu barədə "Komsomolskiy pravda" qəzeti hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.
Bildirilir ki, oğurluq uğursuz alınıb, cinayətin qarşısını kassir alıb. O, fövqəladə hallar üçün nəzərdə tutulmuş düyməni basmağı bacarıb və masanın altında gizlənib.
Sonra bank işçisini "MP-80-13-T" tapançası ilə hədələyən şəxs də cinayət yerindən qaça bilib. Polis tez onun izinə düşüb. Aktyor öz evinin girişində pilləkənlərlə enərkən yaxalanaraq həbs edilib.
Bozhanovun dostunun sözlərinə görə, Andreyin biznesi koronavirus pandemiyası zamanı iflas edib. Başqa bir məlumatına görə, aktyorun ayrı-ayrı adamlara ümumilikdə 5 milyon rubl borcu var.