Rusiyanın məşhur estrada ulduzu Keti Topuriya atasının kriminal keçmişindən danışıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o bildirib ki, atam qatil yox, “qanuni oğru” olub.
Keti Topuriya Rusiya estradasında nadir simalardandır ki, şəxsi həyatından danışmağı sevmir.
İlk dəfə yerli “youtube” kanallarından birinə danışan 35 yaşlı müğənni bildirib ki, onun atası Andro Topuriya 90-cı illərdə Gürcüstanda yaşayıb və məşhur “qanuni oğru” olub. Amma Gürcüstanda Salkaşvili hakimiyyətə gəldikdən sonra o, Moskvaya köçüb. Burada isə insultdan dünyasını dəyişib.
“Mənim atam qatil deyil, “qanuni oğru” olub. O, 17 yaşında küçədə dava edərkən bir nəfəri vurmuşdu və həmin adam keçinmişdi. Ondan sonra atamı həbs etmişdilər. Amma sonradan ona bəraət verilmişdi” ,– deyə müğənni bildirib.