“Maşa və Ayı” cizgi filmi sanksiyaya   məruz qaldı
21 avqust 2026 02:44 (UTC +04:00)

“Maşa və Ayı” cizgi filmi sanksiyaya məruz qaldı

0

Ukrayna prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.

Lent.az xəbər verir ki, sanksiyalar Ukrayna ərazisində cizgi filminin yayımlanmasını qadağan edir və onun sosial şəbəkə hesablarının ölkədə bloklanmasını nəzərdə tutur.

Sanksiya siyahısına “Animakkord” studiyası, onun təsisçisi və baş direktoru, həmçinin serialın ssenari müəllifi, rejissoru, prodüseri və həmmüəllifi daxil edilib.

Bundan başqa, Zelenskinin imzaladığı digər qərarlarla 28 Rusiya vətəndaşına, 36 Rusiya və bir Çin şirkətinə, eləcə də “Rusal” qrupunun 5 müəssisəsinə və onlarla əlaqəli 9 Rusiya vətəndaşına sanksiya tətbiq olunub.

Sanksiyalar Ukrayna ərazisində aktivlərin bloklanması, lisenziyaların ləğvi, intellektual mülkiyyət obyektlərinin ötürülməsinə qadağa, ticarət sazişlərinin dayandırılması və digər məhdudiyyətləri nəzərdə tutur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar