Magistral yolda qətliam:  Cəsədlərin 9-u körpünün altında tapıldı
19 noyabr 2021 02:13 (UTC +04:00)

Magistral yolda qətliam: Cəsədlərin 9-u körpünün altında tapıldı

0

Meksikanın Zakatakas ştatının Kuautemok bölgəsində 10 nəfər qətlə yetirilib.

APA xəbər verir ki, bu barədə Regional Sülh və Təhlükəsizlik Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, cəsədlərdən 9-u federal magistralın üzərindəki piyada körpüsünün altında, digər biri isə yolda tapılıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

Qətllə bağlı bölgədəki cinayətkar dəstələrdən heç biri məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1845

Oxşar yazılar