Koronavirusa görə hərbi vəziyyət elan edildi
08 yanvar 2021 09:45 (UTC +04:00)

Koronavirusa görə hərbi vəziyyət elan edildi

Çinin 11 milyon əhalisi olan Şitszyaçjuan şəhərində koronavirusa 120 yoluxma qeydə alındığı üçün karantin və hərbi vəziyyət elan edilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 120 yoluxma ölkədə son 5 ayda qeydə alınan ən yüksək göstəricidir. Şəhərə giriş, məktəblər və yaşayış kompleksləri bağlanıb, üç gün ərzində poçt çatdırılması dayandırılıb.

Bundan əlavə, şəhərdə virusun yayılmasının qarşısını almaq üçün 5000 kütləvi test mərkəzi açılıb.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) müdir müavini Fen Tsıtsyan epidemiyaya Çinə Avropadan daxil olan yeni bir koronavirus növünün səbəb olduğunu qeyd edib.

# 1515
avatar

Oxşar yazılar