İstanbulun bir bölgəsində bu gün kabus yaşanıb.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, yağışdan sonra çaylar daşıb və evlər su altında qalıb.
Sel sularının boşaldılması üçün işlərə başlanılıb.
Meteorologiyadan 7 bölgə üçün narıncı kodlu və 12 vilayət üçün sarı kodlu bir xəbərdarlıq gəlib. Marmara bölgəsində axşam saatlarına qədər İstanbul, Yalova, Sakarya və Kocaeli yaxınlarında fasilələrlə və güclü leysan yağışının olacağı proqnozlaşdırılır.