İstanbulda bina çöküb , ölən var -YENİLƏNİB
02 iyun 2024 15:23 (UTC +04:00)

İstanbulda bina çöküb, ölən var -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İstanbulda Küçükçekmecedə səhər saatlarında 3 mərtəbəli bina çöküb.

Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, Küçükçekmece Bələdiyyə Başçısı binanın çökməsi ilə bağlı son vəziyyəti açıqlayıb. Başçı Kamal Çebi bunları deyib:

''Son araşdırmalar aparılır. 9 nəfərdən biri ölü olaraq tapılıb, qalan 1 nəfər özü kortəbii olaraq çölə çıxa bilibHazırda 7 nəfərin hamısı çıxarılıb”.

Məlum olub ki, binanın damında qanunsuz tikinti aparılıb.

Lent.az çökən 3 mərtəbəli binanın havadan görüntülərini təqdim edir:

 

***

12:22

Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bu barədə jurnalistlərə yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.

Axtarışlar davam etdirilir.

 

 

***

11:47 

 

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb.

Lent.az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.

Məlumata görə, yaralıların 2-nin vəziyyəti ağırdır.

Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

 

 

***

11:04

 

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində naməlum səbəbdən 3 mərtəbəli bina çöküb.

Lent.az TRT Haber-ə istinadən xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib. Dağıntılar altında qalan insanların olduğu bildirilir.

Dağıntılar altında qalanların olduğu xəbərini alan qrupların axtarış-xilasetmə əməliyyatına başladığı və dağıntılar altında bir nəfərlə əlaqə saxladığı öyrənilib.

Yaralılardan 2 nəfəri xilas edən qruplar, xilasetmə işlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Oxşar yazılar