İşçiləri daşıyan 2 avtobusa hücum edildi:  10 neftçi ölüb...
03 dekabr 2021 05:12 (UTC +04:00)

İşçiləri daşıyan 2 avtobusa hücum edildi: 10 neftçi ölüb...

Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin  Əl-Hərrat neft yatağında azı 10 işçi terror aktı nəticəsində həlak olub, bir nəfər yaralanıb.

APA SANA agentliyinə istindən xəbər verir ki, işçiləri daşıyan iki kiçikhəcmli avtobus İŞİD-in terror hücumuna məruz qalıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Deyr əz-Zor əyalətinin qubernatoru Fadel Nəcar hücumu müəssisə və fabriklərin bərpasına mane olmaq cəhdi kimi qiymətləndirib. 

# 1704
avatar

Oxşar yazılar