İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.
3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hadisəni hansı qruplaşmanın törətdiyi məlum deyil.
***
İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, oktyabrın 25-də yerli vaxtla saat 17:45-də 3 silahlı şəxs Şahçerağ ziyarətgahına odlu silahla hücum edib.
2 terrorçu həbs edilib, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.
Bəzi xəbər mənbələri bu terror hücumunda 15 nəfərin öldüyünü, 10 nəfərin yararlandığını bildirir.