İranda güclü zəlzələ oldu
16 yanvar 2021 06:55 (UTC +04:00)

İranda güclü zəlzələ oldu

0

İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanları Bakı vaxtı ilə saat 01:31-də qeydə alınıb. Onun ocağı 19 kilometr dərinlikdə, episentri isə Hormozqan vilayətində yerləşib.

Eyni zamanda, ABŞ-ın Geoloji Araşdırmalar Xİdməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin ocağının 8-10 kilometr dərinlikdə olduğunu qeyd edib.

Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2522

Oxşar yazılar