İranda artıq 55 gündür ki, etiraz aksiyaları səngimək bilmir.
Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, etirazlar Cənubi Azərbaycanda da geniş vüsət alıb. Xüsusilə, Ərdəbil şəhərində aksiyaçılar daha canfəşanlıqla iştirak edir.
Onları yatırmaq üçün İran hökumət qüvvələri tədbirlər görür. Belə tədbirlərdən biri kimi, İran hökuməti Ərdəbil şəhərinə xüsusi təyinatlı qüvvələr və hərbi texnikalar göndərib.
Qeyd edək ki, 17 sentyabrdan bəri aksiyalarda 50-i uşaq olmaqla, ümumilikdə 319 nəfər öldürülüb. 14823 nəfər isə saxlanılıb.