Çərşənbə axşamı Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.
Lent.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2022-ci il iyunun 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində Qırğızıstan Respublikası ilə Tacikistan Respublikasının sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat daxil olmayıb” – deyə bildirilir.