Hindistanın kəndlərinin birində Benqal pələngi yerli sakinlərə hücum edib.
Lent.az xəbər verir ki, bu barədə "The Sentinel" nəşri məlumat yayıb.
Hadisə zamanı ilk xəsarət alan şəxs bir qadın olub. Qadının fəryadına səs verən üç nəfər köməyə tələsib. Lakin vəhşi heyvanı uzaqlaşdırmağa çalışan həmin şəxslər də pələngin hücumuna məruz qalaraq yaralanıblar.
Yırtıcı bir müddət sonra ərazidən uzaqlaşıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hadisə ərazidə böyük təşvişə səbəb olub. Yerli sakinlər aidiyyəti qurumları təhlükə saçan yırtıcını tutmağa çağırıblar.