Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə atdığı raketlərdən biri avtobusu partladıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.
Qeyd edilib ki, avtobus boş olduğundan itki qeydə alınmayıb.
Reuters-in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda isə bildirilib ki, Tel-Əvivə və İsrailin mərkəzinə doğru 130 raket zərbəsi endirilib.
Raket atəşləri nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.