Gürcüstanda bir gün əvvəl itkin düşmüş Avstraliya vətəndaşı Şanay Brukun meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Əcnəbi qadının hansı şəraitdə ölməsi ilə bağlı məlumat açıqlanmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaqın başladığını bildirib.
Qeyd edək ki, Sanay Brukun sosial şəbəkədə itkin düşməsi ilə bağlı məlumatı dostu yayıb. Dediyinə görə, Bruk cümə günü axşam onunla telefonla danışanda Tiflisdəki Mtatsminda Parkında olub. Telefonla danışan zaman hücuma məruz qalan Bruk kömək istəyib.