Güney Azərbaycan Milli Hərəkatının Ərdəbildə yaşayan fəalı Vədud Ənsari ötən gün Ərdəbil Kəşfiyyat İdarəsinə çağırılıb və bir neçə saat təhdid edilərək dindirilib.
Lent.az bu barədə "MOUZE" teleqram kanalına istinadla xəbər verir. Kanalın yaydığı məlumata görə, Vədud Ənsarinin yaxınları bildirib ki, 3 saatdan çox davam edən dindirmə zamanı təhlükəsizlik qüvvələri həbsxanadakı fəalları zaminə buraxılmamaqla hədələyib.
Vədod Ənsari fəaliyyətinə görə əvvəllər də həbs edilib və mühakimə olunub.