Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Moskvadakı mənzilləri müsadirə edilib.
Lent.az xəbər verir ki, bu barədə Özbəkistan ədliyyə nazirinin müavini Müzrəf İkramov bildirib.
O qeyd edib ki, Gülnarəyə məxsus 6 mənzil satılacaq və həmin pul yarıbayarı Rusiya və Özbəkistan büdcəsinə köçürüləcək.