Moskvada bir nəfər tikinti aparılan binanın 20-ci mərtəbəsindən yıxılıb.
Lent.az “mk.ru” saytına istinadən xəbər verir ki, o, sağ qalıb və hazırda xəstəxanadadır.
Yıxıldıqdan sonra adam huşunu itirib. Hadisə şahidləri qeyd edirlər ki, zərərçəkmiş danışıb, hətta siqaret çəkib.
Kişi rayon xəstəxanasına aparılıb. Ona beyin silkələnməsi və bazu sümüyünün açıq sınığı diaqnozu qoyulub.