Əyləncə vaxtı atışma:  İki nəfər   öldü
03 iyul 2022 03:58 (UTC +04:00)

Əyləncə vaxtı atışma: İki nəfər öldü

ABŞ-ın Texas ştatının Hyuston şəhərində atışma olub.

Lent.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 yeniyetmə ölüb, 1 nəfər isə yaralanıb.

Məlumata görə, münaqişə əyləncə gecəsində baş verib. Öldürülən yeniyetmələrin 17 yaşı olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1785
avatar

Oxşar yazılar