Əhməd Məsud Qərb mətbuatına elə şeylər açıqladı ki... - "TALİBAN" HÜCUMA KEÇİR
22 avqust 2021 22:39 (UTC +04:00)

Əhməd Məsud Qərb mətbuatına elə şeylər açıqladı ki... - "TALİBAN" HÜCUMA KEÇİR

“Taliban” yaraqlıları Kabilin nəzarətlərində olmayan yeganə Pəncşir əyalətinə doğru hücma hazırlaşdıqları bildirilir.

APA xəbər verir ki, bu barədə “France Presse”ə açıqlamasında “Taliban” təmsilçilərindən biri deyib.

Eyni zamanda, RİA Novosti agentliyi “Taliban” döyüşçülərinin hücuma başlamaq üçün əmr gözlədiyini yayıb.

Qeyd edək ki, bazar günü taliblər Pancşirdə möhkəmlənən müqavimət lideri Əhməd Məsudun təslim olması üçün 4 saat vaxt vermişdi.

“Taliban”ın ultimatumuna cavab olaraq, Məsud tərəfdarları əyalət sakinlərinin onları müdafiə etməyə hazır olduqlarını açıqlayıb.

Həmçinin, Məsud bildirib ki, “Taliban”ın hakimiyyəti uzun sürməyəcək.

Qeyd edək ki, Əhməd Məsud Qərb mətbuatına açıqlamasında vurğulayıb ki, yerli tacik milislərindən başqa, xüsusi qüvvələr də daxil olmaqla, onlara ölkənin digər bölgələrindən silahlı əsgərlər də köməyə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

Oxşar yazılar