Əfqanıstanın şimalındakı Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 35 nəfər ölüb, 23 nəfər yaralanıb.
Lent.az xarici mediaya istinadla istinadən xəbər verir ki, partlayış qurbanlarının əksəriyyəti məktəbin şagirdləridir.
Ölənlərin cəsədlərinin çıxarılması və yaralıların məktəb binasından çıxarılması prosesi davam edir. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.
Hadisə əyalətin paytaxtı Aybak şəhərində günorta namazı vaxtı baş verib. "Taliban" hərəkatının təyin etdiyi yerli administrasiyanın nümayəndələrindən hələ ki rəsmi şərh verilməyib.