Dünyada koronavirusla bağlı SON STATİSTİKA AÇIQLANDI
08 may 2021 04:24 (UTC +04:00)

Dünyada koronavirusla bağlı SON STATİSTİKA AÇIQLANDI

Dünyada son sutka ərzində 839 695 nəfər koronavirusa yoluxub, 14 289 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 155 665 214 yoluxma hadisəsi, 3 250 648 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (435 415) payına düşür.

Digər yerləri isə Şimali və Cənubi Amerika (195 918) ilə Avropa (143 036) bölüşür.
 

# 1269
avatar

Oxşar yazılar