Dizel yanacağı ilə bağlı yaranan böhran dünyanın bir çox ölkəsində fermerlər üçün ciddi problemlər yaradır.
Lent.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bu vəziyyət ərzaq inflyasiyasının yeni dalğasına səbəb ola bilər.
Avstraliyalı fermerlərdən birinin sözlərinə görə, dizel yanacağının qiymətinin artması fonunda yanacaq xərclərini ödəmək üçün orta göstəricidən daha çox məhsul yığmalıdır.
Qeyd olunur ki, oxşar vəziyyət Cənubi Amerikadan Avropaya və ABŞ-a qədər iri kənd təsərrüfatı regionlarında müşahidə olunur. Enerji resurslarının bahalaşması istehsal xərclərini artırır və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalının azalması riskini yüksəldir.
Ötən həftə “Böyük Yeddilik” ölkələri qlobal bazara ehtiyatlardan 100 milyon barelədək yanacaq çıxarılması barədə razılığa gəliblər. Məqsəd dizel yanacağı bazarındakı vəziyyəti sabitləşdirməkdir.