Kanadanın xarici işlər naziri Melani Joli koronavirusə qarşı test verib və cavabı müsbət olub.
Lent.az xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində yazıb.
O bildirib ki, özünü təcrid etmək məcburiyyətində qalıb: "Səhiyyə xidmətlərinin tövsiyələrinə əməl edərək, test verdim və nəticə müsbət oldu. Sağalanadək onlayn işləməyə davam edəcəyəm".
Melani Joli, həmçinin bayram həftəsonu zamanı ailələrin təhlükəsizliyini təmin etmək üçün peyvəndə ehtiyac olduğunu xatırladıb.
Qeyd edək ki, XİN başçısı bundan əlavə virusun yayılmasının qarşısını almaq üçün testlərin kifayət etmədiyini vurğulayaraq, insanları koronavirusa qarşı bütün tədbirlərə riayət etməyə çağırıb.