“Bu mübarizədə Azərbaycanın yanındayıq”: Türk Şurasından Azərbaycana dəstək
21 oktyabr 2020 13:11 (UTC +04:00)

“Bu mübarizədə Azərbaycanın yanındayıq”: Türk Şurasından Azərbaycana dəstək

“İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir”.

Lent.az xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev bildirib. Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş yayılan bu açıqlamalarda baş katib əlavə olaraq qeyd edib ki,

“Ermənistanın mülki azərbaycanlı əhalini hədəf almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq”.

Dağlıq Qarabağda baş verən prosesləri diqqətlə izlədiklərini, türkdilli ölkələrin, Türk Şurasının, ümumiyyətlə bütün türk dünyasının Azərbaycanı dəstəklədiyini vurğulayan Baş katib deyib: “Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir. Biz bu mübarizədə Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq”.

Qeyd edək ki, Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan evlərə baxıb. Baş katib Ermənistanın Gəncəyə ballistik raket hücumunu qətiyyətlə pisləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36