Çində son sutkada COVID-19-a 63 yoluxma qeydə alınıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, ötən ilin iyul ayından bəri ən yüksək göstəricidir.
Virus ilk dəfə 2019-cu ilin sonunda Çinin mərkəzində ortaya çıxıb. O zamandan bəri səlahiyyətlilər vəziyyəti kifayət qədər nəzarətdə saxlaya biliblər.
Ancaq son günlərdə şimaldakı Hebey əyalətində xəstəlik hadisələrinin sayının kəskin artması məktəblərin bağlanmasına və vilayətlə turizm əlaqələrinin azalmasına səbəb olub.