Avstriyada noyabrın 15-dən yeni növ koronavirusla (COVİD-19) bağlı vəziyyətin kəskinləşməsi səbəbindən peyvənd olunmayan və koronavirusa yoluxaraq sağalmamış insanlara karantin rejimi tətbiq olunacaq.
Lent.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avstriya kansleri Aleksander Şallenberq bildirib.
Aleksander Şallenberq deyib ki, peyvənd olunmayanlar evdən ancaq supermarketə, aptekə, ehtiyacı olanlara kömək, iş və gəzinti üçün çıxa biləcəklər. Noyabrın 8-dən peyvənd olunmayanlar artıq restoran, kafe, közəllik və masaj salonlarına, fitnes mərkəzlərinə, kino, teatra, o cümlədən otelə daxil ola bilmirlər.
Kansler qeyd edib ki, artıq pandemiyanın dördüncü dalğası ölkəni əhatə edib: “Buna görə də bu gün qərara gəldik ki, sabahdan peyvənd olmayanlara karantin tətbiq edək. Bu, 12 yaşdan yuxarı insanların çölə çıxmasının məhdudlaşdırılmasıdır. Yaşayış yerini istisna hallarda tərk etmək mümkün olacaq”.

Bu ölkədə peyvənd olunmayanlara karantin rejimi tətbiq edilir
Oxşar yazılar

Tramp: Sabah Ağ Evdə böyük bir gün olacaq
18 avqust 2025 , 07:44
Bir gecədə 68 nəfər həbs edilib - Baş prokurordan açıqlama
18 avqust 2025 , 06:41
Böyük fəlakət - Ölənlərin sayı 645 nəfərə çatdı
18 avqust 2025 , 03:34
Paşinyandan geri addım - Üzr istədi
18 avqust 2025 , 01:17
Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum oldu
17 avqust 2025 , 10:42
Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41