Nigeriyada dərslər dayandırılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, terrorçu qrupların bu ölkədə qız şagirdlərin kütləvi qaçırılması davam edir. Bu səbəbdən Kaduna əyalətində dərslər 3 həftə dayandırılıb.
Qeyd edək ki, ayın əvvəlində məktəblərə basqın nəticəsində 100 şagird qaçırılıb. Onlardan 28-nin sərbəst buraxıldığı, 81 şagirdin isə hələ də girov olduğu bildirilib.
Sevinc Fərid