Britaniyanın keçmiş rəhbəri Boris Consonun hökumətində maliyyə naziri olan Rişi Sunak Mühafizəkarlar Partiyasının partiyadaxili seçkilərinin qalibi olub və bundan sonra ölkənin baş naziri postunu tutacaq.
Lent.az bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb.
İcmalar Palatasının lideri Penni Mordaunt Sunakı dəstəklədiyini bəyan edərək, seçkilərdə namizədliyini geri götürdükdən sonra Sunak avtomatik olaraq partiyadaxili seçkilərdə qalib olub.