BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini nümayişçilərin “dövlət tərəfindən maliyyələşdirildiyi qətlində” ittiham edib.
Lent.az-ın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkün açıqlamasında qeyd olunub.
“İnsanları mitinqlərdə iştirak etmək və ya nümayişlər təşkil etmək kimi əsas hüquqlarını həyata keçirdiklərinə görə cəzalandırmaq üçün cinayət prosedurlarından istifadə etmək dövlət tərəfindən icazə verilən qətlə bərabərdir”, - deyə Türk bildirib.
Sentyabr ayında uyğun olmayan geyimə görə polis tərəfindən saxlanılan Məhsa Əmininin ölümü ilə əlaqədar ölkə miqyasında keçirilən etiraz aksiyaları ilə əlaqədar artıq dörd nəfər edam edilib.