Türkiyənin Bartin vilayətində qəza baş vermiş kömür mədəni yanında 4 səhra hospitalı qurulub.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir əlavə edib ki, hadisə yerində 51 TTY avtomobili, 168 təcili yardım personalı, 4 milli tibbi xilasetmə qrupu, 67 milli tibbi xilasetmə qrupu personalı işləyir. Bundan başqa 22 vəzifəli şəxs və 44 işçi də növbəli sistemlə işləyir.