Rusiyanın Yekaterinburq şəhərində bank qarət olunub.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şəhərin Kosmonavtlar küçəsində yerləşən “Promsvyazbank”ın filialından milyonlarla pul aparılıb.
Polisdən bildirilib ki, səhər işə gələn bank əməkdaşları hər tərəfin dağınıq olduğunu görüblər.
İlkin araşdırmadan sonra bankdan bir neçə milyon pulun oğurlandığı məlum olub.