Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı özünü 11-ci mərtəbədən atıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Vilerovsk küçəsində baş verib. 24 yaşlı Azərbaycan vətəndaşının intihar səbəbi bəlli deyil.
Amma yerli jurnalistlərə açıqlama verən gəncin atası bildirib ki, oğlu şizofreniyadan əziyyət çəkirmiş.
O, dünən ruhi xəstəxanadan buraxılıbmış.