Mustafa Kamal Atatürkə bənzəyən şəxs Türkiyənin Cümhuriyyət bayramında sosial şəbəkədə canlı yayım açaraq pul toplayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin hər yerində coşğu ilə qeyd olunan bayramda Serdar Görel "TikTok"da canlı yayım açaraq Mustafa Kamal Atatürkə bənzərliyindən sui-istifadə edib. Canlı yayımda bəzi istifadəçilər Serdar Görelin millət vəkili olmasını təklif edib, bəziləri isə “Atam” kimi şərhlər yazıb.
Fenomen 2 saat ərzində 1 milyon lirə (təxminən 59 min 885 manat) toplayıb.