SSRİ Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı, rejissor Aleksandr Stefanoviç həkimlərin səyinə baxmayaraq “Baxruşının” xəstəxanasında vəfat edib.
APA TASS-a istinadən xəbər verir ki, A.Stefanoviç koronavirusdan dünyasını dəyişib.
Əvvəl ev şəraitində müalicə olunsa da, vəziyyəti pisləşdiyindən iyulun 5-də xəstəxanaya yerləşdirilib. Koronavirusun ağ ciyərini zədələməsi səbəbindən ölüb.
Rejissorun harada və nə vaxt dəfn ediləcəyi açıqlanmayıb.
Qeyd edək ki, Stefanoviç Alla Puqaçova ilə əməkdaşlığa başladıqdan sonra məşhurlaşmışdı. 1977-ci ildə o, Alla ilə evlənib. Lakin evlilik uzun sürməyib, 1981-ci ildə cütlük ayrılıb.