Asim Manizadə
09 aprel 2022 14:08 (UTC +04:00)

Asim Manizadə

ABŞ səfirindən azərbaycanlı gənclə bağlı PAYLAŞIM

ABŞ-ın Azərbaycandakı Səfirliyi “SpaceX” şirkətində çalışan azərbaycanlı gənc Asim Manizadə ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda azərbaycanlı gəncin uğur hekayəsindən bəhs olunub. 

Bildirilib ki, Asim ABŞ-da liberal incəsənət kollecində təhsil alıb və Amerikanın texnologiya şirkətində işləyərkən bir patentin həmmüəllifi olub.

Məlumata görə, A.Manizadə Bakıda Avropa Liseyini bitirib, sonra Amerikada ali təhsil alıb və orada işə başlayıb. Asimin atası Vladi Manıyev tanınmış sığortaçıdır, ölkənin aparıcı sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri olub.

V. Maniyev, həmçinin mərhum aktyor, Xalq artistli Muxtar Manıyevin qardaşı oğludur. Asim Manizadənin anası nüvə sahəsi üzrə məşhur fizik Rafil Rzayevin qızıdır.

Hazırda “SpaseX” şirkətində kibertəhlükəsizlik mühəndisi vəzifəsində işləyən A. Manizadə 7 il bundan öncə “Facebook” şirkətində kibertəhlükəsizlik və elektron cinayətlərin araşdırılması sahəsində işləyib.

Qeyd edək ki, azərbaycanlı gəncin çalışdığı şirkət məşhur milyarder İlon Maska məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724

Oxşar yazılar