ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell koronavirusdanb vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 84 yaşlı keçmiş dövlət katibinin ölüm xəbərini ailəsi açıqlayıb.
Pouellin qohumları, "Gözəl və sevilən bir ər, ata, baba və böyük bir amerikalını itirdik", - xəbərini yayıblar.
Onun bir müddət əvvəl COVID-19-a yoluxduğu bildirilir. Mərhumun tam peyvənd edildiyi də qeyd edilb.
2003-cü ildə Pauell BMT Təhlükəsizlik Şurasının salonunda çıxış edərək Səddam Hüseynin kütləvi qırğın silahlarından istifadə etməsinin qarşısını almaq üçün İraqa qoşun gətirilməsinin vacibliyindən danışıb.
Kolin Pouell, 2001-ci ildə, ABŞ-ın 43 -cü prezidenti Corc Buşun prezident seçilməsindən sonra Dövlət Katibi vəzifəsini alıb. Pouell, Prezident Administrasiyasında bu qədər yüksək vəzifə tutan ilk afroamerikalı olub.