ABŞ-da etiraz aksiyalarında ölənlərin say 4-ə çatdı
07 yanvar 2021 09:26 (UTC +04:00)

ABŞ-da etiraz aksiyalarında ölənlərin say 4-ə çatdı

Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.

APA-nın xəbərinə görə, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib.

Bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib.  R. Konti deyib ki, Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb.

 

Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar