ABŞ hökuməti “Pfizer-Biontech” alyansından payızda istifadə üçün koronavirus əleyhinə 105 milyon doza vaksin alıb.
Lent.az xəbər verir ki, 3,2 milyard dollarlıq müqaviləyə körpələr, uşaqlar və yaşlılar üçün peyvəndlər daxildir. Yeni vaksinlər koronavirusun müxtəlif ştamları, o cümlədən Omikrona qarşı mübarizə üçün nəzərdə tutulub.
Vaksinlər yayın sonunda ölkəyə gətirilməyə başlanacaq. Təchizat 1 ay müddətində başa çatmalıdır. Bundan savayı, müqaviləyə görə Vaşinqton əlavə 300 milyon doza da sifariş verə bilər.