ABŞ 24 rus diplomatını  ÖLKƏDƏN ÇIXARIR
02 avqust 2021 22:21 (UTC +04:00)

ABŞ 24 rus diplomatını ÖLKƏDƏN ÇIXARIR

ABŞ səlahiyyətliləri sentyabrın 3-dək 24 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edib.

APA xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "National Interest" jurnalına müsahibəsində deyib.

Səfir diplomatların ölkədən çıxarılmasına səbəb kimi onların viza müddətinin bitməsini göstərib:

"Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, diplomatlarımızın hamısı Rusiyaya dönəcək”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar