“Apple” şirkəti həkimlər üçün maska istehsal edəcəyi barədə açıqlama verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın dünyaca məşhur “Apple” texnologiya şirkəti həkimlər üçün həftəlik 1 milyon maska istehsal edəcəyini açıqlayıb. Şirkət rəhbəri Tim Kuk indiyə qədər dünyanın hər yerinə 20 milyon cərrahi maska göndərildiyini və özlərinin də istehsala başladıqlarını deyib:
“ABŞ və Çində maska istehsalına başlamışıq. Bu həftəsonuna qədər 1 milyondan çox maska göndərməyi planlayırıq. İlk belə paylanma ABŞ-da olacaq. Digər ölkələr üçün də sürətli şəkildə bu proses davam edəcək”.