ABŞ aviasiyası İraqla Suriya sərhədində silahlı qruplaşmalara aid bazanı bombalayıb
12 mart 2020 02:41 (UTC +04:00)

ABŞ aviasiyası İraqla Suriya sərhədində silahlı qruplaşmalara aid bazanı bombalayıb

 

ABŞ aviasiyası İraqla Suriyanın sərhədində yerləşən “al-Haşd aş-Şaabi” qruplaşmasının bazalarına zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Kanalın bildirdiyinə görə, iraqlı müqavimət qruplaşmasının bazası Ənbar əyalətinin əl-Huray kəndində yerləşir.

 

Öz növbəsində Suriyanın dövlət telekanalı olan “Ikhbariya” xəbər verib ki, mənsubiyyəti müəyyən edilməyən aviasiya “Əl-Bukemal” nəzarət-buraxılış məntəqəsindən cənub-şərqdə Suriya ərazilərini bombalayır. Nəticədə maddi ziyan dəyib.

Telekanal söhbətin eyni, yoxsa ayrı-ayrı hücumlardan getməsinə toxunmayıb.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD-lə mübarizə üzrə koalisiya qüvvələrinin yerləşdiyi İraqdakı Taci hərbi bazası raket hücumuna məruz qalıb. Yerli vaxtla saat 19:35-də bazaya 15-dən çox böyük olmayan raket mərmiləri atılıb. İraqlı hərbçilər içərisində üç raketin olduğu atış qurğusu aşkar ediblər.

“Reuters” agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, raket zərbələri nəticəsində üç ABŞ və bir Britaniya hərbçisi ölüb, koalisiyanın daha 12 döyüşçüsü isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Oxşar yazılar