2025-ci ilin ən təhlükəsiz Avropa şəhərləri  açıqlandı
22 avqust 2025 12:35 (UTC +04:00)

2025-ci ilin ən təhlükəsiz Avropa şəhərləri açıqlandı

Xorvatiyanın kurort şəhəri Dubrovenik Avropanın ən təhlükəsiz şəhəri elan olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki,  UNESCO-nun Dünya irsi siyahısında yer alan şəhər cinayətkarlığın minimum səviyyəsi və artım tempinin ləng olması ilə fərqlənib. Dubrovenik təhlükəsizlik göstəricisinə görə 100 baldan 44,14 bal toplayaraq siyahıya başçılıq edib.

Reytinqdə ikinci yeri Tallin (Estoniya) 55,81 balla, üçüncü yeri isə Varşava (Polşa) 60,19 balla tutub. İlk onluğa həmçinin Praqa (Çexiya), Krakov (Polşa), Amsterdam (Niderland), Münhen (Almaniya), Reykyavik (İslandiya), Syurix (İsveçrə) və Budapeşt (Macarıstan) daxil olub.

“Adriatik incisi” adlandırılan Dubrovenik orta əsr küçələri, möhkəm qala divarları və gotik, renessans, barokko üslublu memarlığı ilə tanınır. Turistlər burada gəzərkən özlərini tamamilə təhlükəsiz hiss edə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar