Türkiyənin Balıkesir şəhərində ər arvadını öldürüb.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, 17 yaşlı S.Y, dini nikahlı 16 yaşlı arvadı M.A.nı ailə münaqişəsi zəminində bıçaqlayıb. O, sonra hadisə yerindən qaçıb. M.A. şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Qatil əri isə hüquq-mühafizə orqanları əməkdaşları saxlayıb.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Qətlə yetirilən qadın