Cüdo həyat üçün ən təhlükəli idman növüdür
Cüdo həyat məktəbi kimi qəbul olunsa da, bu idman növü ölümə aparan yola da çevrilə bilər. Lent.az-ın məlumatına görə, bu haqda Fransanın “L Equip” jurnalına müsahibəsində 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuş Yaponiya cüdoçusu Noriko Midzoquti bildirib.
Onun fikrincə, Yaponiya cüdosunda öyrənmə metodları həyat üçün təhlükəlidir. Midzoquti Yaponiya Ağır Zədəli Cüdoçular Assosiasiyasının (JJAVA) statistikasını ortaya qoyub. Həmin statistikada bildirilir ki, tatamidə daha çox zədə və şikəst olma halları baş verib. 1983 – 2009-cu illərdə Yaponiyada 12 – 18 yaş qrupunda 110 yeniyetmə cüdoçu ölüb. Faciəvi hadisələrin 65-də səbəb beyin zədələnməsi olub. Daha 260 idmançı belə zədələrin ağır nəticələrini bütün həyatları boyunca hiss edəcəklər. Ümumiyyətlə, idman statistikasına əsasən, cüdoda il ərzində hər 10 beyin zədələnməsindən 4-ü ölümə səbəb olur.

524