Ərdoğan: “Suriyada ələvi-sünni savaşının başlamasından qorxuram”
14 sentyabr 2011 17:18 (UTC +04:00)

Ərdoğan: “Suriyada ələvi-sünni savaşının başlamasından qorxuram”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir mətbuatının Suriyadakı olaylarla bağlı suallarını cavablandırıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriyada ələvilərlə sünnilər arasında savaşın başlayacağından qorxur. O bildirib ki, ələvilər Suriyada hakimiyyətdə və təhlükəsizlik qurumlarında önəmli postlar tuturlar və xalqın qəzəbi də onlara ünvanlanıb. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, aksiyaçıların öldürülməsində məsuliyyət daşıyan bir qrup hökumətyönümlü silahlı da ələvi məzhəbinin təmsilçiləridir və bu da ələvilərlə sünni çoxluq arasında anlaşılmazlıqları dərinləşdirir. Baş nazir Suriyadakı proseslərlə bağlı İranla müntəzəm təmasda olduqlarını, xarici işlər naziri Əhməd Davudoğlunun da bu yaxında Tehrana gedəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar