Çində yenə uyğur türklərinin qanı töküldü
Çinin Sincan Uyğur Muxtar Vilayətində polisə qarşıdurma baş verib. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 20 uyğur türkü həyatını itirib.
Ümumdünya Uyğur Konqresi bəyan edib ki, Çin polisi Xotan şəhərində baş verən iğtişaşlar zamanı 14 nəfəri ölənə qədər döyüb, 6 nəfəri isə güllələyib. İğtişaş uyğurların qohumlarının həbsxanadan azad edilməsi tələbi ilə küçələrə çıxması və polisləri girov götürməyə cəhd göstərməsi nəticəsində başlayıb. 70 nəfər həbs olunub.
Çin rəsmi KİV-ləri isə məlumat yayıb ki, iyulun 18-də bir qrup terrorçu Xotan şəhərində polis şöbəsinə hücum çəkib, nəticədə 4 nəfər həlak olub. Qeyd olunur ki, həlak olanlardan biri polis, ikisi isə terrorçuların girov götürdüyü dinc sakindir. Ümumdünya Uyğur Konqresi isə Çin hakimiyyətini olayla bağlı həqiqətləri gizlətməkdə günahlandırıb.
Qeyd edək ki, Çində uyğur türklərinin tarixən yaşadıqları bu bölgədə aparılan assimliyasiya siyasətinə qarşı zaman-zaman etirazlar baş qaldırıb. Məsələn, 2009-cu ilin iyulunda Urumçidə çinlilərin bir uyğur qızına qarşı təcavüzü nəticəsində küçələrə çıxan uyğur türklərinə qarşı güc tətbiq olunub. Nəticədə 200-dən çox (rəsmi məlumatlara görə) uyğur həyatını itirib.

578