İran sıfırlarından imtina edir
13 iyul 2011 12:11 (UTC +04:00)

İran sıfırlarından imtina edir

Lent.az-ın məlumatına görə, İran Mərkəzi Bankı devalvasiya üçün şənbə günü referendum keçiriləcəyini açıqlayıb. Qeyd edək ki, İranın Nazirlər Kabineti sonuncu toplantısında puldan 4 sıfırın atılması barədə qərar vermişdi.

Şənbə günü yerli vaxtla saat 12:00 keçiriləcək referendum yeni pul vahidi üçün keçiriləcək.

İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni deyib ki, puldan sıfırların atılması təklifi nazirlər kabinetinə onlar tərəfindən verilib. Yaxın günlərdə isə yeni pul vahidi ilə bağlı bütün məlumatlar bankın internet adresində olacaq.

Məlumata görə, yeni pul vahidinin dövriyyəyə buraxılması üçün ən azı 3 il vaxt tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar