İranda qadınlar artıq çoxuşaqlı olmaq istəmir
12 iyul 2011 13:25 (UTC +04:00)

İranda qadınlar artıq çoxuşaqlı olmaq istəmir

İranda demoqrafik durum ağırlaşır. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, BMT-nin hesabatında qeyd olunur ki, 1997-2007-ci illərdə İranda əhalinin təbii artımı 1,62 faiz olub.

Hazırda bu göstərici 1,52 faizə düşüb. Ölkə hazırda öz tarixində ən abır demoqrafik vəziyyətlə üzləşib. Əgər 2007-ci ildə İranda əhalinin əksəriyyəti 15-29 yaşlı insanlar təşkil edibsə, indi 30-64 yaşlı insan qrupu dominantlıq təşkil edir. Əgər bu tendensiya davam etsə, 2032-ci ildə İranda əhalinin əksəriyyətini qocalar təşkil edəcək.

Demoqrafik durumun ağırlaşmasının səbəbi artıq İranda qadınların 4 uşaq yox, orta hesabla 1,87 uşaq dünyaya gətirməyə üstünlük verməsidir. Başqa sözlə, əvvəllər 1000 qadına 400 uşaq düşübsə, indi 1000 qadına 187 uşaq düşür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar