Valideynləri Barak Obamanı atmağa hazırlaşırlarmış
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, ABŞ immiqrasiya orqanını Havay Universitetinin 24 yaşlı tələbəsi Barak Hüseyn Obamanın ikiarvadlı olmasından şübhələnərək araşdırma aparıb.
Barak Hüseyn Obama 1961-ci ildə ona ünvanlanan suala cavab olaraq təkid edib ki, ABŞ-da yeni nikaha daxil olmazdan əvvəl Keniyada evləndiyi birinci arvadından boşanıb. Ancaq əslində Barak Hüseyn Obama immiqrasiya orqanlarını aldadıb. O dönəmdə Barak Hüseyn Obamanın Keniyada arvadı və 2 uşağı olub, daim onları maddi baxımdan təmin edib.
Qeyd edək ki, ABŞ immiqrasiya orqanlarının Barak Hüseyn Obamanın Keniyada evli olub-olmadığını araşdırdığı 1961-ci ildə 18 yaşl Enn Danem 5 aylıq hamilə olub. Enn Danem ABŞ-ın hazırkı prezidenti Barak Obamanın anasıdır.
Barak Hüseyn Obamaya verilən yeni vizadakı bir məqam isə daha çox diqqət çəkir. Vizada qeyd olunub ki, valideynləri övladlarını, yəni Barak Obamanı övladlığa verməyi planlaşdırırlar: “ABŞ vətəndaşı olan Enn Danem 5 aylıq hamilədir, ancaq əri ilə bir yerdə yaşamır. Enn Danem oğlunu övladlığa verməyə hazırlaşır”. Ancaq anası sonradan ABŞ-ın hazırkı prezidentini başqa ailəyə övladlığa verməyib.
Xatırladaq ki, 2 il sonra Barak Hüseyn Obama Enn Danemi tərk edərək Harvarda yollanıb və orada üçüncü dəfə evlənib.

586